“Barselona” komandası müdafiəçi Jül Kundeyə transfer qiyməti müəyyən edib və onu 80 milyon avro olaraq qiymətləndirir.

Məlumata görə, “Çelsi” 27 yaşlı futbolçunu transfer etmək imkanını ciddi nəzərdən keçirir. London təmsilçisi Malo Qustonun “Mançester Siti”yə keçməsi halında Kundeni onun əvəzi kimi heyətə qatmağı planlaşdırır.

Kataloniya klubu bu yay fransalı mərkəz müdafiəçisini 80 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil.

Kunde ötən mövsümdə La Liqada 30 qarşılaşmada meydana çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2022-ci ildən “Barselona” formasını geyinir və klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.