Paytaxtda iki tam orta məktəbin rəhbəri vəzifəsindən azad edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmrləri imzalayıb.
Əmrlərə görə, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktoru Sevda Eminova ilə 13 nömrəli tam orta məktəbin direktoru Yaqut Sadıqova vəzifələrindən azad edilib.
Hər iki direktor vəzifədən azad olunmaq üçün ərizə ilə müraciət edib; onların işdən çıxarılma əmrləri onların yazdıqları ərizələr əsasında verilib.