Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırkı vəziyyətə görə sıxlıq müşahidə olunan istiqamətlər aşağıdakılardır:

1. Bakı–Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində.

2. Tbilisi prospektində, “20 Yanvar” metro stansiyasından şəhər mərkəzinə doğru.

3. Tbilisi prospektində, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası tərəfə.

4. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində.

5. Ziya Bünyadov prospektində, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi tərəfə.

6. Atatürk prospektində, Ziya Bünyadov prospekti istiqamətinə doğru hərəkətdə sıxlıq var.

7. Bülbül prospektində, “Sahil” metro stansiyasının qarşısında tıxac müşahidə olunur.

8. Babək prospektində, şəhər mərkəzi istiqamətində sıxlıq qeydə alınıb.

9. Azadlıq prospektində, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi kəsişməsinə qədər sıxlıq mövcuddur.

10. Dənizkənarı küçəsində, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətinə doğru hərəkətdə tıxac var.

11. Neftçilər prospektində, Yusif Səfərov küçəsi istiqamətində vəziyyət sıxdır.

12. Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti tərəfdə sıxlıq müşahidə edilir.