Bakı–Qazax istiqamətində hərəkət edən yük avtomobili qəza törədib.

Hadisə zamanı idarəetməni itirən İveco (TIR) markalı nəqliyyat vasitəsi magistral yolun dəmir arakəsməsinə çırpılıb. Nəqliyyat vasitəsinin sürücüsü xəsarət almayıb.

Yük yerindəki dəmirlər yolun üzərinə səpələnib və avtomobilə, həmçinin yol təsərrüfatına ciddi ziyan dəyib.

Qəza nəticəsində TIR-dən təxminən bir tona yaxın yanacaq yola axıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.