Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) icraçı direktorunun müavinlərindən biri vəzifəsindən azad edilib.

Müvafiq əmrə əsasən, Araz Nəsirov icraçı direktorunun müavini postundan öz istəyinə uyğun olaraq azad edilib.

A.Nəsirovun bu vəzifədə çalışdığı müddət 2022-ci ilin dekabr ayından başlayırdı.

O, 2018–2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentinin rəhbəri vəzifəsini tutub.