Apple Avropa İttifaqı ərazisində fəaliyyət göstərən tətbiq tərtibatçıları üçün komissiya dərəcələrini yeniləyib.
Yeni şərtlərə görə, kənar platformalar vasitəsilə həyata keçirilən əməliyyatlara 5% komissiya, tətbiqdaxili ödənişlərə isə 26% komissiya tətbiq olunacaq.
Şirkət bu dəyişikliyi Avropa Komissiyası ilə davam edən anti‑inhisar mübahisələrini nizamlamaq məqsədilə həyata keçirib. Yenilik proqram təminatçılarının istifadəçilərə Apple‑ın rəsmi ödəniş mexanizmindən kənar alternativlər təqdim etməsinə imkan yaradacaq.
Yeni sistem oktyabrın 1‑dən tətbiq olunacaq. Rəsmi açıqlamada həmin modelin rəqəmsal bazarda rəqabəti genişləndirəcəyi və eyni zamanda azyaşlıların onlayn xərclərinə nəzarəti sərtləşdirəcəyi vurğulanır.