Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan qonşu ölkələrlə münasibətlərin inkişafının prioritetlərindən danışıb.

Simonyan müsahibəsində bildirdi ki, o, Ermənistanın Azərbaycan və Türkiyə də daxil olmaqla bütün qonşu dövlətlərlə əməkdaşlığını davam etdirmək niyyətindədir. O, bu istiqamətdə işlərin aparılacağını və yaxın gələcəkdə nəticələrin görünəcəyini bildirib.

“ Mən demişəm ki, açıq olacağam, amma elə məqamlar var ki, onlar haqqında hələlik ictimai şəkildə danışa bilmərəm. Təbii ki, bütün qonşu ölkələr – Azərbaycan, Türkiyə ilə əməkdaşlığımız davam edəcək. Bu istiqamətlərdə işlər davam etdiriləcək və düşünürəm ki, yaxın gələcəkdə bunu görəcəyik”, – Simonyan söyləyib.

Simonyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsinə münasibət bildirib və bunu qiymətləndirməyi düzgün saymadığını vurğulayıb. O, Qriqoryanın dövlət xidmətinə qayıdacağına ümid etdiyini qeyd edib.

Qriqoryanın vəzifəsindən azad edilməsi barədə son anda xəbərdar edilməsinin düzgün olub-olmaması barədə sualı cavablandıran Simonyan baş verənlərə qiymət verməkdən imtina edib: “Mən belə qiymətləndirmələr verə bilmərəm və bunun düzgün, ya səhv olduğunu heç cür şərh etməyi düzgün hesab etmirəm. Bu, işdir”, – deyə o bildirib.