Abşeron çimərliklərində avqustun 17-si üçün hava və dəniz şəraiti barədə məlumat verilib.
Milli Hidrometeorologiya Xidməti proqnoza əsasən həmin gündə mülayim şimal-qərb küləyinin olacağını bildirir.
Dəniz suyunun temperaturu şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba ərazilərində 24-25 dərəcə isti olacağı gözlənilir.
Cənub sahillərində isə Türkan, Hövsan, Sahil və Şıx çimərliklərində suyun temperaturu 25-26 dərəcə arasında proqnozlaşdırılıb.