Tramp “koka” və “kakao” sözlərini səhv saldı – VİDEO

ABŞ prezidenti Donald Tramp kolumbiyalı həmkarı Xuan Manuel Santosla görüşdən sonra mətbuat konfransı zamanı, kokainin istehsalının qarşısının alınmasından danışarkən, iki dəfə “koka” əvəzinə “kakao” sözünü işlədib.

Oxu.Az-ın xəbərinə görə, Amerika liderinin bəyanatını “CBS LA” telekanalı öz Twitter səhifəsində yerləşdirib.

“Ötən il “kakao”nun becərilməsi və kokainin istehsalı Kolumbiyada rekord həddə çatıb”, – dövlət başçısı deyib.

Bəzi bloggerlər Trampın qarşısında olduğu yazının oxuya bilməməsindən dəhşətə gəliblər – “o heç oxuya da bilmir”, – onlardan biri videoya şərhdə yazıb.

Qeyd edək ki, koka ağacı – Cənubi Amerika xalqlarının mədəni ənələrində mühüm rol oynayan bitkidir. XIX əsrin sonundan etibarən kokadan kokain narkotikinin istehsalı üçün xammal kimi istifadə edilməyə başlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR