“Notarius vəzifə cinayəti edib”

13 may 2017-ci il tarixdə Bakı şəhər sakini Lalə Dadaşovanın nümayəndələri İlqar Əliyev və Fəxri Hacıyev mətbuat konfransı keçirib. Xatırlatma üçün qeyd edək ki, 26 oktyabr 2016-cı ildə Kavkaznews.az saytında Lalə Dadaşovanın müraciəti dərc olunub. Lalə Dadaşovanın sözlərinə görə, o, 1996-ci ildə Araz Dadaşov ilə nikaha daxil olub: “Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi”.

Lalə Dadaşovanın sözlərinə görə, bu yaxınlarda onun həyat yoldaşı, ondan bağışlama müqaviləsi istəyib: “Bu il avqustun 3-də Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı.Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirməyə razılıq verdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu”.

Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, Lalə Dadaşova avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində ərinə verdiyi etibarnaməni ləğv edib.

“Qorxduğum başıma gəldi. Avqustun 11-də yoldaşım Araz Dadaşov evin alqı-satqısını həyata keçirdi. Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən həyata keçirilib”,-deyə Lalə Dadaşova bildirib.

Alqı-satqı həyata keçirildikdən sonra Araz Dadaşov boşanma iddiası qaldırıb. “2016-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin qərarı ilə biz boşandıq”, -deyə Lalə Dadaşova Kavkaznews.az-a bildirib.

Mətbuat konfransında Lalə Dadaşovanın nümayəndəsi İlqar Əliyev bildirdi ki, Dadaşovlar ailəsinin bütün mülkiyyəti Lalə Dadaşovanın adına olub: “ Həmin əmlakın bir hissəsi Lalə Dadaşovanın bağışlanma müqaviləsi ilə ərinə verilib. Araz Dadaşov yoldaşına deyib ki, bizneslə məşğul olmaq istəyir, ona görə də onun adına əmlak olmalıdır. Və Lalə Dadaşova ona inanaraq əmlakın bir hissəsini ərinə bağışlayıb. Bağışlanma müqaviləsi Bakı şəhərindəki 7 saylı notariat kontorunda bağlanıb.Bir müddət sonra isə Araz Dadaşov əmlakın qalan hissəsi ilə bağlı Lalə Dadaşova ilə mülki müqavilə bağlayıb. Və 8 avqust 2016-cı ildə Araz Dadaşov Lalə Dadaşovanı 4 uşaqla evdən qovub. Ərinin niyyətini başa düşən Lalə Dadaşova ona verdiyi müqaviləni 10 avqustda ləğv edib.

Sonra məlum olub ki, Araz Dadaşov ona arvadı tərəfindən bağışlanan və etibar edilən əmlakları satıb. Araz Dadaşov əmlakın bir hissəsini dostuna, bir hissəsini isə qohumuna satıb. Əmlakın bir hissəsi 9 avqustda, qalanı isə 11 avqustda satılıb . 11 avqustda həyata keçirilən alqı-satqı artıq ləğv olunmuş etibarnamə əsasında həyata keçirilib. Etibarnamənin Lalə Dadaşova tərəfindən ləğv olunmasına baxmayaraq 7 saylı notarial kantoru alqı-satqı həyata keçirib. Araz Dadaşov arvadına məxsus qeyri-yaşayış sahəsini, bir otaqlı evi və torpaq sahələrini satıb. Lalə Dadaşovanın iddiası əsasında Xəzər rayon məhkməsi əmlakın alqı-satqısı ilə bağlı məsələyə baxıb. Ancaq məhkəmə baxışında satılan əmlaka yanaşma 2 hissəyə ayrılıb: bağışlanma ilə verilən və müqavilə əsasında verilən əmlak.

Məhkəmə 1 otaqlı evlə bağlı alqı-satqını ləğv edib, qalan mülkiyyətlə bağlı alqı-satqı qüvvədə saxlanılıb. Onu da qeyd edək ki, Araz Dadaşovun qohumuna və dostuna satdığı əmlakların satış qiyməti bazar qiymətlərinə heç uyğun gəlmir, hətta gülməlidir.

Bu da onu göstərir ki, alqı-satqı formal səciyyə daşıyıb. Biz məsələ ilə bağlı DİN-ə müraciət edəndə Lalə Dadaşovanı dəvət edərək soruşublar ki, bəlkə ərinin borcu olub, ona görə satıb..”. Lalə Dadaşovanın digər nümayəndəsi Fəxri Hacıyevin fikrincə bu işdə cinayət tərkibi var: “Lalə Dadaşovanın şikayəti əsasında Xəzər rayon prokurorluğunun müstəntiqi Zaur Ağakişiyev notarius Nadir Vədətovu və elektron sistemlə bağlı iş icraçısını yanına çağırdı: “ Əslində müstəntiq Zaur Ağakişiyev elektron məlumat bazası ilə bağlı deyilənlərin doğru olub-olmadığını yoxlamaq üçün Baş notariat idarəsinə sorğu göndərməli idi. Ancaq müstəntiq bunu etmədi və cinayət işi qaldırmamaq barədə qərar qəbul etdi. Yəni prokurorluq işi obyektiv aparmadı.

Əgər iş obyektiv aparılsaydı məlum olacaqdır ki, 7 saylı notarial kantorun notariusu Vədətov vəzifə səlahiyyətindən çirkin məqsədlə istifadə edərək qüvvədən düşmüş etibarnamə əsasında alqı-satqı həyata keçirib. Bu artıq cinayət əməlidir. Vədətov vəzifə saxtakarlığı edib. Bu sövdələşmə 7 saylı notarial kantorun notariusu Nadir Vədətov tərəfindən həyata keçirilib. Həmən gün Lalə Dadaşova Araz Dadaşovun adına verdiyi etibarnaməni ləğv elətdirib.

Və bununla bağlı informasiya 10 avqust 2016-cı il tarixdə Elektron Məlumat Bazasında yerləşdirilib. Bun baxmayaraq 11 avqustda Lalə Dadaşovaya məxsus 1 otaqlı mənzilin alqı-satqısı notariusda həyata keçiriib. Yəni notarius Nadir Vədətov vəzifə saxtakarlığı edib. Amma qanuna görə, notarius alqı-satqıdan öncə mütləq mülkiyyətlə bağlı elektron məlumat bazasına baxmalı idi. Onda bilərdi ki, Lalə Dadaşovanın verdiyi etibarnamə qüvvəsini itirib”.

Lalə Dadaşovanın vəkili Fəxri Hacıyev onu da bildirib ki, bizim şikayətimiz əsasında Xəzər rayon prokurorluğunun müstəntiqi Zaur Ağakişiyev notarius Nadir Vədətovu və elektron sistemlə bağlı iş icraçısını yanına çağırdı: “ Əslində müstəntiq Zaur Ağakişiyev elektron məlumat bazası ilə bağlı deyilənlərin doğru olub-olmadığını yoxlamaq üçün Baş notariat idarəsinə sorğu göndərməli idi. Ancaq müstəntiq bunu etmədi və cinayət işi qaldırmamaq barədə qərar qəbul etdi”.

Lalə Dadaşovanın vəkili Fəxri Hacıyev bildirb ki, müstəntiq Zaur Ağakişiyev notarius Nadir Vədətovun elektron sistemin guya işləməməsi ilə bağlı dediyi fikirlə kifayətlənib: “ Amma əslində müstəntiq Zaur Ağakişiyev elektron məlumat bazası ilə bağlı deyilənlərin doğru olub-olmadığını yoxlamaq üçün Baş notariat idarəsinə sorğu göndərməli idi. Bu onun birbaşa vəzifəsidir. Müstəntiq bunu etmədi”.

“Çünki istintaq Nadir Vədətovu cinayət məsuliyyətindən kənarda saxlamaq istəyib. Çünki Lalə Dadaşovanın əmlakının satıldığı gün əgər elektron məlumat sisteminin işlədiyi təsdiq olunardısa, Nadir Vədətov mütləq cinayət məsuliyyətinə cəlb olunacaqdı”.

R.Həsənoğlu

LEGİON

Mövzu ilə bağlı linklər: 

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir – VİDEO

Baş Notariat idarəsi istintaqı ifşa etdi..?

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius məsuliyyətə cəlb olunmalıdır”

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”

Prokurorluq notariusa havadarlıq edir..? 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR