Estoniyada keçirilən NATO təlimləri üçün 8 ədəd “Leopard 2” tankı göndərilib

Almaniya Silahlı Qüvvələrinə məxsus səkkiz ədəd “Leopard 2” tankı NATO-nun “Yaz qasırğası-2017” təlimlərində iştirak etmək üçün Estoniyaya gətirilib.

SalamNews-un “RİA Novosti”-yə istinadla verdiyi xəbərə görə, bu barədə Estoniya Müdafiə Qüvvələrinin mətbuat katibi leytenant Kristel Maasikmets məlumat verib.

 

Bildirək ki, təxminən 9 min hərbçinin iştirak etdiyi təlimlər 8-26 may tarixlərində keçiriləcək. Estoniya hərbçilərindən başqa təlimlərdə 13 ölkədən olan təxminən 2,3 min xarici hərbçi iştirak edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR