Ermənistan parlamentinin ilk iclasını Həsənov aparacaq

Ermənistan parlamentinin yeni spikeri Ara Babloyan seçilib. Onun namizədliyini prezident Serj Sarkisyan irəli sürüb. Vitse-spiker postuna Arpine Ovanisyan və Eduard Şarmazanov seçiliblər.

Parlamentdə daimi komissiyaların sayı 12-dən 9-a endirilib. Onlardan 6-na Respublika Partiyası rəhbərlik edəcək.
Ermənistanın 6-cı çağırış parlamenti mayın 18-də öz işinə başlayıb.
Ermənistan KİV xəbər verir ki, ilk iclas ən yaşlı deputatın, miliiəytcə yezdi kürdü olan Knyaz Həsənovun başçılığı ilə açılacaq.
İclasda prezident Serj Sarkisyan və bütün ermənilərin katolikosu II Qaregin iştirak edəcək.
Deputatların andiçməsindən sonra parlament sədri, vitse-spikerlər və komissiya sədrlərinin seçkisi olacaq. Yeni vitse-prezidentlərdən biri müxalifət nümayəndəsi olacaq.
Həmçinin, ilk iclasda Ermənistan hökuməti istefa verəcək, 10 gün ərzində prezident yeni təyinatlar edəcək və baş nazir seçildikdən sonra 20 gün ərzində yeni nazirlər kaboneti təsdiqlənəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR