Ermənilər patriarx seçkilərində saxtakarlıq edən Aram Ateşyana qarşı aksiyaya başlayıblar

İstanbulda yaşayan ermənilər patriarxın müavini Aram Ateşyana qarşı “change.org”da imzatoplama kampaniyasına başlayıblar.

“Report”un məlumatına görə, bu barədə “News.am” xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb onun apostol kilsəsinin patriarxı seçkilərində qeyri-sağlam mühit yaratmasıdır.

İmzatoplama aksiyasının iştirakçıları Ateşyanın kilsədən əl çəkməsini və onun bütün mənəvi adlardan məhrum olunmasını tələb edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR