“İlin Dörd Fəsli” MMC-nin hüquqşünası jurnalisti təhdid etdi – iş “Banditizm”dədir

vekilBəlkə, hörmətli hakim Fuad Abdiyevin olanlardan xəbəri yoxdur, bəs şirkət rəhbəri Elnur Hüseynov bu haqda nə düşünür?

Rüfət Əhmədzadə: “Müstəqil mətbuat nümayəndəsini təhqir və təhdid edən Mehman Muradlı barəsində bir tədbir görüləcəyinə inanıram”

Hüquqşünas Mehman Muradlı jurnalist Rüfət Əhmədzadəni sosial şəbəkədə təhqir və təhdid edib. Bununla bağlı, jurnalist Rüfət Əhmədzadə bu günlərdə “mia.gov.az” saytı vasitəsilə DİN başçısı Ramil Usubova müraciət edib. Müraciətin mətnini oxuculara təqdim edirik:

“Cənab Nazir! Mən Rüfət Seyidəhməd oğlu Əhmədzadə 10 ildir mətbuat sahəsində çalışıram və hazırda bir neçə media qurumu ilə əməkdaşlıq edirəm. Bir neçə ay əvvəl “Yeni Bakı” sakinlərinin xahişi ilə, “Facebook” vasitəsilə tanıdığım hüquqşünas Mehman Muradlını onlarla əlaqələndirdim və yanımda razılıq əldə olundu. Sonradan M.Muradlı “Abşeron-1”MMMC-nin adından Yasamal Rayon Məhkəməsində “İlin Dörd Fəsli” MMC-yə qarşı iddia ərizəsi qaldırdı. O, sakinlərdən hüquqi xidmət üçün 500 manat alsa da, sonradan hansısa qərardad üçün Yasamal RM-in hakimi Ayaz Məmmədova 500 manat rüşvət verməsi iddiası ilə sakinlərdən artıq pul tələb etdi və mübahisə yarandı.

Sakinlər məni də ittiham etdikdə, Mehman Muradlı ilə danışdım və günahsız olduğumu sübut etməyə çalışdım. Hazırda isə Mehman Muradlı bu sakinlərə qarşı “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi çıxış edir. Sözügedən şirkət məni də yazılarıma görə məhkəməyə verib və hazırda məhkəmə prosesi gedir. Mən Mehman Muradlının sakinləri aldatması və sonradan tərəf dəyişdirməsi barədə status yazıb (təhqir olmadan) onu qınayandan 2-3 gün sonra, Mehman Telman oğlu Muradlı mənim “Facebook” profilimə təhqir və təhdid dolu mesajlar yazdı, küçə dilində məni  harda görsə cəzalandıracağını bildirdi. Sizdən xahiş ed12803024_185361501837251_3263001451638137356_nirəm, müstəqil mətbuat nümayəndəsini təhqir və təhdidlərə məruz qoyan bu şəxs barəsində tədbir görəsiniz”.

Qafqaznews.az-a daxil olan məlumata görə, Rüfət Əhmədzadənin şikayəti araşdırılmaq üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yönəldilib. Qeyd edək ki, “İlin Dörd Fəsli” MMC “Legion İnformasiya Agentliyi” MMC və jurnalist Rüfət Əhmədzadəyə qarşı Nərimanov Rayon Məhkəməsində 243 min manatlıq təzminat tələbi ilə iddia qaldırıb. Bu gün Nərimanov RM-də hakim Fuad Abdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında isə “İlin Dörd Fəsli” MMC-ni məhz jurnalisti təhqir və təhdid edən hüquqşünas Mehman Muradlı təmsil edir. Oxucularda da sual yarana bilər ki, sosial şəbəkələrdə jurnalistə nalayiq ifadələrlə hücum edən bir şəxsin sonradan məhkəmədə “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi çıxış etməsinə necə yol verilir?meh

Hüquqşünas Elçin Sadıxovun fikrincə, iddiaçının nümayəndəsinin cavabdehə qarşı təhqir və təhdidlərə yol verməsi etikadan kənardır: “Məsələ ilə bağlı cavabdeh hakimə yazılı etiraz məktubu göndərmək və həmin nümayəndənin prosesdən kənarlaşdırılmasını tələb edə bilər. Əgər paralel olaraq hüquq mühafizə orqanları tərəfindən araşdırılma gedirsə, o işə ayrı baxılacaq. Lakin bu müddətdə hakim cavabdehin tələbini etika nöqteyi-nəzərindən təmin edə bilər”1448956334_5-1

Bəlkə də, hörmətli hakim Fuad Abdiyevin olanlardan xəbəri yoxdur, bəs şirkət rəhbəri Elnur Hüseynov bu haqda nə düşünür? Ümid edirik ki, bu və digər qaranlıq məqamlara tezliklə aydınlıq gətiriləcək.

Sözardı: Mehman Muradlının Rüfət Əhmədzadəyə qarşı təhqir və təhdid dolu mesajları “prinscreen” şəklində hüquq mühafizə orqanlarına təqdim olunub, lakin etika xatirinə, həmin yazışmanı saytımızda yerləşdirmirik.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR